Virusa yoluxanların sayı artır, sağalanlar da var ALMANİYADA

28 Fevral 2020 14:18 (UTC+04:00)

Almaniyada koronovirusdan yoluxanların sayı artır. SİA almanların “DW” nəşrinə istinadən xəbər verir ki, COVID-19 virusu ilə yoluxma halı 18-ə çatıb. Ölkədə ümumi yoluxma sayı isə 45 nəfərdir. Halbuki, dünənki tarixdə bu rəqəm 22 idi.

Lakin buna baxmayaraq, koronovirusa yoluxanlardan sağalanlar da var. Belə ki, Bavariyanın “Webasto” firmasının 16 əməkdaşı və ailə üzvləri Almaniyada adıçəkilən virusun ilk daşıyıcıları olsalar da, artıq onlar öz sağlamlıqlarına qovuşublar.