"Mədəniyyət ocaqlarında kütləvi məhdudiyyətlərdən danışmaq əsassızdır" AÇIQLAMA

28 Fevral 2020 13:29 (UTC+04:00)

Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar mədəni tədbirlərin keçirilməsində heç bir məhdudiyyət yoxdur. SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib: “Əgər Azərbaycanda koronavirusun yayılması faktı aşkarlanarsa, əlbəttə, mədəniyyət ocaqlarında kütləvi tədbirlərin keçirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər qoyula bilər. Amma mən bunun haqqında düşünmürəm, çünki hələlik buna əsas yoxdur. Düzdür, bu virus dünyada artıq geniş yayılıb. Lakin ölkədə müvafiq dövlət qurumları tərəfindən müəyyən ölçülər götürülür və indiki halda kütləvi şəkildə məhdudiyyətlərdən danışmaq əsassızdır”.