Koronovirusa görə Prezident 14 gün təcrid olundu

28 Fevral 2020 12:04 (UTC+04:00)

Monqolustan Prezidenti Çinə səfər etdikdən və qayıtdıqdan sonra 14 gün müddətinə təcrid olunub. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Montsame agentliyi məlumat yayıb.

Məlumata görə, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa, Çinə bir günlük səfərini başa vurduqdan sonra 14 gün müddətinə təcrid olunub.

Xatırladırıq ki, Haltmaaqiyn Battulqa Cümə axşamı günü bir günlük səfərdə olub. Çin prezidenti Si Tszinpinlə danışıqlardan sonra Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Çin liderinə coronavirus epidemiyası ilə mübarizə aparan Çinə ölkəsi tərəfindən 30 min qoyun hədiyyə edildiyini ifadə edən bir sertifikat təqdim edib.