Evdən pul və qızıl-zinət əşyaları oğurlayan oğru tutuldu

28 Fevral 2020 11:34 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən İsmayıllı rayonunun İvanovka kənd sakinləri H.Rizvanov və N.Skokov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 26-da rayon ərazisindəki evlərin birindən 124 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İvanovka kənd sakinləri H.Rizvanov və N.Skokov saxlanılıb.