Bakıda hər hansı virusun, eləcə də koronavirusun yayılmasının qarşısının alınması üçün görülən qabaqlayıcı tədbirlər çərçivəsində indiyədək 102 məktəb, 51 məscid və 25 bağça binası dezinfeksiya edilib. Bu barədə SİA-ya Bakı Şəhər Dezinfeksiya Stansiyasından məlumat verilib.
Stansiyadan bildirilib ki, bununla yanaşı, Bakıda 2 sinaqoq, 1 kilsə, Heydər Əliyev Sarayı, Azərbaycan Tibb Universitetininin yataqxanaları, Bakı Musiqi Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Bakı Dövlət Sirkinin binaları dezinfeksiya edilib. Hazırda dezinfeksiya tədbirləri davam etdirilir.