Ermənistanın Xarici İşlər Nazirliyində kadr dəyişiklikləri baş verə bilər. SİA-nın "Çorrord inknişhanutyun" qəzetinə istinadən verdiyi məlumata görə, ilk növbədə xarici işlər nazirinin müavini Karine Kazinyan Ermənistanın Böyük Britaniyadakı səfiri təyin ediləcək. Onun vəzifəsini isə Avropa Şurasındakı daimi nümayəndə Zoqrab Mnatsakanyan tutacaq.
Eyni zamanda mətbu orqanın yazdığı xəbərə görə, bu "kreslo" dəyişikliyi nazir Edvard Nalbandyanın istəyi nəticəsində baş verəcək. Ancaq Edvard Mnatsakanyanın yerinə kimi təyin edəcəyini hələ ki, dəqiqləşdirməyib. Bu yerə real namizəd isə nazirin köməkçisi Vaaqn Atabekyan sayılır.
Qeyd edək ki, Ermənistan hakimiyyətində kadr dəyişikliyi baş verir. Belə ki, Ermənistanın baş nazir Tiqran Sarkisyanın qərarı ilə kənd təsərrüfatı nazirinin birinci müavini Samvel Avetisyan daha 2 müavini Tiqran Petrosyan və Levon Ruxkyan da vəzifəsindən kənarlaşdırılıb.