Türkiyə İdlibdə 33 şəhid verdi

28 Fevral 2020 09:19 (UTC+04:00)

İdlibdə Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində 33 hərbi qulluqçu şəhid olub. SİA Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan bildirib.

Millətinə başı sağlığı verən vali ağır yaralanan hərbçilərdən bir neçə nəfərinin dünyasını dəyişərək şəhid olduğunu vurğulayıb.