Qadın yaşadığı evdə balta ilə vurularaq öldürülüb

28 Fevral 2020 02:04 (UTC+04:00)

Bərdə rayonunun Zümürxan kəndində qətl hadisəsi törədilib.

SİA xəbər verir ki, kənd sakini İbadova Tahirə Tofiq qızı yaşadığı evdə balta ilə vurularaq öldürülüb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları T.İbadovanın həyat yoldaşı Vahid İbadovu şübhəli şəxs qismində saxlayıb.

Mərhum T.İbadovanın kürəkəni də polislər tərəfindən rayon polis şöbəsinə aparılıb.