Həsən Ruhaninin köməkçisi də koronavirusa yoluxub

27 Fevral 2020 21:03 (UTC+04:00)

İran prezidentinin köməkçisi Məsumə Ebtekar yeni tip koronavirusa yoluxub. Bu barədə “Anadolu” agentliyi informasiya yayıb.

Qeyd edək ki, İranda yeni tip koronavirusdan ölənlərin sayı 26-ya, virusa yoluxanlar isə 245-ə çatıb.