Xosep Qvardioladan yeni rekord

27 Fevral 2020 22:23 (UTC+04:00)

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola UEFA Çempionlar Liqasının 1/8 finalının ilk oyununda “Real”a qalib gəlməklə (2:1) yeni rekord qırıb. Qol.az xəbər verir ki, bu, 49 yaşlı mütəxəssisin pley-offlardakı 28-ci qələbəsi olub. İspaniyalı çalışdırıcı bu nəticə ilə Çempionlar Liqasının pley-off mərhələlərində ən çox qələbə qazanan məşqçi adına yiyələnib. O, Joze Mourinyo, Karlo Ançelotti və Aleks Fergüsssonu qabaqlayıb. Hər üç mütəxəssisin aktivində 27 qələbə var.