Şəmkirdə 5 yaşlı uşaq yol qəzasında ölüb

27 Fevral 2020 19:13 (UTC+04:00)

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şəmkir rayonunun Düzqışlaq kəndi ərazisində yolu keçən kənd sakini 5 yaşlı Rüstəm Paşayev Qaracəmirli kənd sakini R.Əmirxanov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə vurulub. Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.