Jurnalistə qarşı iddia "rüsvayçılıq" adlandırılıb

27 Fevral 2020 17:50 (UTC+04:00)

Moskva "Wikileaks" in qurucusu Julian Assanja qarşı iddianı "rüsvayçılıq" hesab edir. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

O, qeyd edib ki, jurnalistə qarşı bu cür cəza tədbirləri tamamilə qəbuledilməzdir.

Xatırladırıq ki, Assanjın ABŞ-a verilməsi ilə bağlı məhkəmə iclasının ilk mərhələsi bazar ertəsi Londonda başlayıb və həftənin sonuna qədər davam edəcək.