Metroda qatarların fəaliyyəti bərpa edildi

27 Fevral 2020 17:26 (UTC+04:00)

Bakı metrosu qısa fasilədən sonra qatarlarının fəaliyyətini bərpa edib.

SİA-nın məlumatına görə, bu barədə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün saat 15:48-də "Bakı Metropoliteni"nə gələn elektrik xəttində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb. Bu səbəbdən qatarların hərəkətində qısa fasilə yaranıb.

Hazırda bütün stansiyalarda işlər öz qaydasında gedir.