Siqaretləri avtomobilin yük yerində gizlətdi və...

27 Fevral 2020 17:20 (UTC+04:00)

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. SİA-nın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində və salonunda gizlədilən 5000 ədəd "King" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.