Ermənilərin yeni paytaxt sevdası

7 Aprel 2011 22:25 (UTC+04:00)

Daşnaksütyun Partiyasından olan millət vəkili Vahən Hovhannisyan Xankəndinin Ermənistanın da paytaxtı olmasının vacibliyi ilə bağlı müzakirələrə tam fərqli bir iddiayla qatılıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, o, "Stepanekertin Ermənistan paytaxtı olmasına qarşı deyiləm, ancaq mən Qarsı seçərəm. Ermənistanın paytaxtı Qars olmalıdır" deyib.

 

Hovhannisyan hesab edir ki, Ermənistanın paytaxtının Xankəndi olması gözəl və celbedici bir düşüncədir. Millət vəkili Xankəndinin paytaxt olması üçün hüquqi çətinliklər olduğunu deyib. O, eyni zamanda qeyd edib ki, Xankəndinin gözəl və çoxlu insanın yaşadığı bir şəhərə çevrilməsi üçün böyük səylər göstərilməlidir.