Şahmatçımız FIDE-nin saytında “Günün adamı” elan edilib

27 Fevral 2020 16:38 (UTC+04:00)

Moskvada davam edən “Aeroflot open” festivalının güclü şahmatçıların mübarizə apardıqları A turnirində istedadlı yeniyetmə idmançımız Aydın Süleymanlının nəticələri şahmat ictimaiyyətinin diqqətini cəlb edib.

SİA-nın məlumatına görə, 14 yaşlı A.Süleymanlı səkkizinci turda İranın güclü şahmatçısı Pərham Maqsudlu üzərində qələbə qazanaraq 6 xalla turnir cədvəlində liderliyə yüksəlib. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytında Aydın Süleymanlı “Günün adamı” elan edilib və şəkli qurumun əsas səhifəsində yerləşdirilib.

Qeyd edək ki, bu gün “Aeroflot open” turnirinin sonuncu turunda Aydın Süleymanlı onunla eyni xalı olan Rauf Məmmədov ilə qarşılaşır.