“Müxalifətin məkrli planları baş tutmayacaq” RƏY-ÖZƏL

27 Fevral 2020 16:25 (UTC+04:00)

"Bütün bunların hamısı müxalifətin son dərəcə acınacaqlı bir vəziyyətə düşməsindən irəli gəlir". Bunu SİA-ya açıqlamasında "Yurddaş" partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, uzun illərdir eyni qüvvələr müxalifət düşərgəsindədirlər və ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gəlirlər: "Müxaliflər düşdükləri acınacaqlı vəziyyətin səbəbini özlərində və öz fəaliyyətsizliklərində axtarmaqdansa, başlayırlar şər-böhtanla məşğul olmağa. Yəni onların işləri ağa qara deməkdən ibarətdir. Müxalifətin daha çox icazəsiz küçə yürüşlərinə, mitinqlərə daha çox maraq göstərməsi, qarşıdurmalara cəhd etməsi ölkəmizin uğurlarına qısqanclıq hissi ilə yanaşan və inkişafınızı istəməyən xaricidə olan bəzi dairələrin diqqətini cəlb etmək istəyindən irəli gəlir. Onsuzda müxalifət düşərgəsini təmsil edən bu şəxslərin deyillər, düzgüm danışmırlar və xalq tərəfindən də heç bir siyasi dəstəyə malik deyillər. Onsuzda bu günə qədər müxalifət təmsilçiləri tərəfindən icazəsiz aksiyalar keçirilib və hər dəfədə uğursuzluğa düçar olublar. Azərbaycanı istəməyən qüvvələr çalışırlar ki, ölkəmizdə stabilliyi pozulsun. Bir sözlə, onların nə düşünməsindən və etməsindən asılı olmayaraq, onlar heç vaxtı ölkəmizlə bağlı məkrli planları baş tutmayacaq. Onları iflas gözləyir".