XX turun təqvimi müəyyənləşib Azərbaycan Premyer Liqası

27 Fevral 2020 15:40 (UTC+04:00)

Fevralın 27-də futbol üzrə Azərbaycan Premyer Liqasının XX turunun təqvimi müəyyənləşib.

SİA-nın məlumatına görə, iki günü əhatə edəcək tura martın 8-də “Qəbələ” - “Sumqayıt” oyunu ilə start veriləcək. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq.

Günün ikinci görüşündə “Neftçi” doğma meydanda “Sabah”ı qəbul edəcək. “Bakcell Arena” stadionunda təşkil olunacaq qarşılaşma saat 18:00-da start götürəcək.

Turun üçüncü oyunu martın 9-da “ASCO Arena”da “Səbail” və “Zirə” komandaları arasında olacaq. Matç saat 16:00-da başlayacaq.

Premyer Liqanın XX turuna həmin gün saat 18:00-da başlayacaq “Keşlə”-“Qarabağ” matçı ilə yekun vurulacaq. Görüş “ASK Arena”da oynanılacaq.

Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Qeyd edək ki, 18 turdan sonra turnir cədvəlinə 41 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 33 xal olan “Neftçi” ikinci, 29 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (22), “Zirə” (20), “Sabah” (20), “Səbail” (19) və “Qəbələ” (13) yer alıblar.