Paralimpiyaçılarımız “Tokio-2020”yə lisenziya əldə edib

27 Fevral 2020 15:11 (UTC+04:00)

Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycan üzgüçülərinin nəticələrini nəzərə alaraq və gender bərabərliyi prinsiplərinə riayət edərək Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) üzgüçülük üzrə komandasına daha iki lisenziya ayırıb.

SİA-nın məlumatına görə, lisenziyaları qadın üzgüçümüz, dünya reytinqində ilk onluqda olan Dana Şandıbina və 2019-cu ildə Londonda keçirilmiş dünya çempionatının bürünc mükafatçısı Vəli İsrafilov əldə ediblər.

Beləliklə, “Tokio-2020”yə Azərbaycan paralimpiyaçılarının lisenziyalarının sayı üzgüçülük üzrə üçə, ümumilikdə isə doqquza çatıb.