Oğurluq etdiyinə görə tutuldu

27 Fevral 2020 15:36 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini A.Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də rayon ərazisindəki mağazaların birindən 120 manat pul, 380 manat dəyərində spirtli içki və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb.