Narkotik alveri edən şəxs tutuldu

27 Fevral 2020 14:22 (UTC+04:00)

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan şəhər sakini S.Zülfüqarzadə saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Salyan RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini S.Zülfüqarzadə saxlanılıb. Şəxsi axtarış zamanı ondan 460 qram marixuana aşkar edilərək götürülüb.