5 yaşlı oğlanı maşın vuraraq öldürdü

27 Fevral 2020 13:25 (UTC+04:00)

Şəmkir rayonunun Düzqışlaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, fevralın 26-da saat 16 radələrində Şəmkir rayonunun Düzqışlaq kəndi ərazisində Qaracəmirli kənd sakini R.Əmirxanov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən kənd sakini 5 yaşlı Rüstəm Paşayevi vurmuş və nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.