“Koronavirusa görə heç bir yarışa məhdudiyyət qoymamışıq” Azad Rəhimov

27 Fevral 2020 12:45 (UTC+04:00)

Gənclər və idman naziri Azad Rəhimov koronavirusla bağlı Azərbaycan idmançılarının xarici ölkələrdə yarışlarda iştiraklarına məhdudiyyət qoyulması barədə məlumatlara aydınlıq gətirib. SİA-nın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, hazırda koronavirusa görə hər hansı yarışda iştirakla bağlı heç bir məhdudiyyət qoymamışıq: "Hansı ölkələrdə təhlükə görürüksə, federasiyalarla birlikdə qərar qəbul edirik. Artıq, ölkələr bu məhdudiyyəti qoyur. Buna misal olaraq İtaliyanı göstərmək olar. Bu gün İtaliyada bütün yarışlar ləğv olunub. Çalışırıq ki, bu gün mövcud olan vəziyyətlə tanış olaq və idmançıları qoruyaq. Bildiyiniz kimi, 5 aydan sonra Tokio-2020 Olimpiya Oyunları keçiriləcək. Əsas vəziyyət ondan ibarətdir ki, biz idmançılarımızı qorumalıyıq".