“Azeri Light”ın bir barrelinin qiyməti 56 dollara düşüb

27 Fevral 2020 12:25 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti ucuzlaşıb. SİA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,19 dollar ucuzlaşaraq 56,40 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.