Beynəlxalq Qadınlar Günü münasibətilə konsert olacaq

27 Fevral 2020 13:13 (UTC+04:00)

Martın 6-da Azərbaycan Dövlət Uşaq Filarmoniyası tərəfindən Beynəlxalq Qadınlar Günü münasibətilə konsert təşkil olunacaq. SİA-nın məlumatına görə, konsertdə “Musiqili Uşaq Teatrı”, “Sədəf” xalq çalğı alətləri ansamblı, “Şəms” uşaq xoru, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi bir-birindən maraqlı, rəngarəng musiqi nömrələri ilə çıxış edəcək.

Proqramda Azərbaycan, Rus və Qərbi Avropa bəstəkarlarının əsərləri, eləcə də xalq mahnıları səslənəcək.