Koronavirusa yoluxma halı aprel ayında azalacaq

27 Fevral 2020 10:57 (UTC+04:00)

Çində koronavirus epidemiyası ilə bağlı vəziyyətin aprel ayında nəzarətə götürüləcəyi açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Çinin dövlət komitəsinin səhiyyə məsələləri üzrə xüsusi ekspert komissiyasının rəhbəri Zhong Nanshan açıqlayıb.

Epidemiyanın inkişafı üçün proqnozlaşdırma modelinin hazırlandığını deyən ekspert söyləyib ki, həmin proqnoza əsasən epidemiyanın yayılma sürəti fevralın ortalarında nirsbətən azalacaq, növbəti aylarda isə tamamilə azalacaq.

“Epidemiya ilə bağlı proqnozlarda digər ölkələr nəzərə alınmır. Çünki, başqa ölkələrdə vəziyyət fərqli dəyişir, onlar ayrıca təhlil olunmalıdır. Ancaq Çinə gəlincə, əminliklə deyə bilərəm ki, aprelin sonunadək epidemiya ilə bağlı vəziyyəti tam nəzarətə götürə biləcəyik”.