Koronavirusdan çox onun qorxusu insanları xəstələndirir - AÇIQLAMA- VİDEO

27 Fevral 2020 10:07 (UTC+04:00)

Son günlər gündəmi məşğul edən koronavirus xəstəliyi ilə əlaqədar cəmiyyəti təşvişə sala biləcək bir çox xəbərlər, mesajlar və.s kimi həqiqəti bir o qədər özündə əks etdirməyən səsyazmaları insanlar arasında yayılır. Bu isə sadəcə qorxu yaratmaqdan başqa bir işə yaramır. Bəs həkimlər bu barədə nə deyir? SİA xəbər verir.

Koronavirus haqqında fikirlər, yayılan WhatsAapp mesajları haqqında danışmaq istəyirəm. Koronavirusla bağlı çox qorxulu məlumatlar yayılır. Bu qorxu özü daha çox öldürmə qabiliyyətinə malikdir nəyinki, koronavirusun özü.

Nədir koronavirus?

Ailə həkimi Əli Nağıyev bildirir ki, koronavirus SARS deyilən viruslardandır, adi qrip viruslarının bir növüdür ki, ağciyəri zədələmək ehtimalı var: “Ehtimal var, lakin bu 100 faiz zədələyəcək demək deyil. Hər xəstədə bu hal baş vermir. Koronavirusdan ölmə faktı, dünyada qripdən ölənlərin faizindən çox da yüksək deyil. Ona görə də xəstəliyin yaratdığı qorxu ilə özünüzə psixoloji əziyyət verməyin. Koronavirusdan dünyasını dəyişənlər əsasən yaşlı və ahıl insanlardır. İmmuniteti güclü və orta olan heç kim bu xəstəlikdən ölmür. Dünyada 80 minə yaxın yoluxan insan varsa, ondan cəmi 2 min nəfər ölməsi, (bu da təxmini 3 faizdən çox deyil) statistik cəhətdən böyük faiz deyil. Əlbəttə ki, koronavirusa qarşı mübarizə aparmaq lazımdır. Karantin vəziyyəti olmalı, virusa yoluxanlar karantinə alınmalıdır. Lakin bu o demək deyil ki, hər koronavirusa yoluxan öləcək. Xahiş edirəm WhatsAapp mesajlarına yox, Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumatları oxumağa çalışın. Çünki bu xəstəlik barədə oxuduqca, bildikcə qorxunuz da azalacaq. Qorxular bilməməkdən üzə çıxır. Bu xəstəliklə xaos yaratmaq istəyələnləri məqsədləri ola bilər. Beynimizi mənfiyə kökləsək başımıza yalnız o gələcək. Ona görə də beyninizi müsbətə kökləyin. Nəyinki koronavirusdan bütün qrip viruslarından qorunmağa cəhd edin. Qrip əlamətləri kimdə görürsünüzsə ona maska taxması barədə xəbərdarlıq edin. Nisbətən məsafəli gəzin həmin şəxslərdən. Bütün bunlar təkcə koronavirus üçün yox, bütün viruslardan qorunmaq üçün sadə, lakin vacib olan önləyici tədbirlərdir. Dünyada QİÇS-ə, hepatitlərə, qaraciyər serrozuna yoluxub ölənlərin sayı bu xəstəlikdən ölənlərin sayından dəfələrlə çoxdur. Bunların hər birini nəzərə alın. Yəni qorxu obyektiv qorxu deyil. Obyektivlik odur ki, tədbir görülsün, özünüzü qoruyun, immunitetinizi gücləndirin. Ən əsası isə qorxularınıza yenilməyin”.