Gürcüstanda ilk koronavirusa yoluxma halı qeydə alınıb

27 Fevral 2020 04:56 (UTC+04:00)
Gürcüstanda ilk koronavirusa yoluxma halı qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Yekaterina Tikaradze fevralın 26-da, axşam saatlarında keçirdiyi fövqəladə brifinqdə məlumat verib. Nazirin sözlərinə görə, koronavirus İrandan gələn Gürcüstan vətəndaşında aşkarlanıb. İrandan Gürcüstana Azərbaycan ərazisindən keçməklə gələn həmin şəxs infeksion xəstəliklər xəstəxanasına yerləşdirilib.