ABŞ Konqresində Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib

27 Fevral 2020 08:39 (UTC+04:00)

ABŞ Konqresində Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib.

SİA Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyinə istinadən xəbər verir ki, tədbirdə çıxış edən ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov Xocalı soyqırımının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən faciəli səhifəsi olduğunu qeyd edib. Səfir, həmçinin ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasına da toxunub: "ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsindəki roluna görə təşəkkür edirik".

Tədbirdə çıxış edən ABŞ Nümayəndələr Palatasının üzvü Pol Qosar Xocalı soyqırımının anılmasının vacibliyini vurğulayıb: "Xocalı faciəsini xatırlamaq çox vacibdir. Başqa cür olarsa, tarix özünü təkrarlayacaq".