Suriyanın İdlib bölgəsində Türkiyənin 2 hərbi qulluqçusu şəhid olub, daha ikisi yaralanıb.
SİA “sozcu.com.tr” saytına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilir ki, sülhü qorumaq üçün İdlibdə olan Türkiyə Silahlı Qüvvələrinin hədəflərinə havadan hücum edilib. Nəticədə Türkiyə ordusu itki verib.