Koronavirusa aid kitab nəşr olunub - Çində

27 Fevral 2020 03:33 (UTC+04:00)

İndiyədək Çində 2718, xaricdə isə 53 nəfərin ölümünə səbəbə olan yeni tip koronavirusa aid kitab nəşr olunub.

SİA xəbər verir ki, Çin Beynəlxalq Nəşriyyatı və Xalq Nəşriyyat Evinin birgə layihəsi olan kitab Çinin koronavirus ilə mübarizəsindən, ölkənin virusun yayılmasının qarşısını almağa yönələn səylərindən və qabaqlayıcı tədbirlərindən bəhs edir. Nəşrdə koronavirus epidemiyası ilə bağlı ən vacib məqamlara, hadisələrə, habelə fərdlərin mübarizəsinə və Çinin bu istiqamətdə beynəlxalq əməkdaşlığına aid hissələr var.

Hələlik yalnız Çin dilində çap olunan kitabın növbəti mərhələdə ingilis, fransız, ispan, rus və ərəb dillərində də nəşri planlaşdırılıb.