Şirvanda 36 yaşlı ailə başçısı həyat yoldaşını qətlə yetirib

27 Fevral 2020 01:19 (UTC+04:00)

Şirvan şəhərində qətl törədilib.

SİA xəbər verir ki, hadisə Şirvan Sənaye zonasında qeydə alınıb.

Ağdam rayon sakini, 1984-cü il təvəllüdlü Nağıyev Sahib İdris oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı - 1986-cı il təvəllüdlü Nağıyeva Pərvanə Vaqif qızının boğaz nahiyəsinə bıçaqla ağır xəsarət yetirib. Çoxlu qan itirən P.Nağıyeva hadisə yerində keçinib.

Faktla bağlı Şirvan şəhər Prokurorluğu tərəfindən istintaq araşdırmaları aparılır.