Pakistanda iki nəfər koronavirusa yoluxub

27 Fevral 2020 00:45 (UTC+04:00)

Pakistanda iki nəfərin koronavirusa yoluxma halı qeydə alınıb.

SİA xəbər verir ki, bu haqda Pakistanın Səhiyyə naziri Zafar Mirza məlumat verib. O deyib ki, hər iki xəstə ciddi nəzarət altındadır. Onların müalicəsi davam edir, vəziyyətləri sabitdir.

Son məlumata görə, Çində bu virusa tutulanların sayı 78 mini keçib, 2715 adam ölüb, 29 min xəstə isə sağalıb.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın 33 ölkəsində 80 mindən artıq adam bu virusa yoluxub.