12 yaşadək futbolçulara topa başla zərbə vurmaq qadağan edildi

26 Fevral 2020 21:03 (UTC+04:00)

İngiltərədə, Şotlandiyada və Şimali İrlandiyada 12 yaşadək futbolçuların məşq zamanı topa başla zərbə vurmaları qadağan edilib.Türkiyənin “NTVSpor” portalının yazdığına görə, bu qadağaya səbəb uşaqlarda ciddi fəsadlarla nəticələnə bilən kəllə-beyin travmalarının qarşısını almaqdır. Bu qadağanın tədricən 12-16 yaşlı yeniyetmələrə də tətbiq olunacağı bildirilib. Qeyd edək ki, qadağalar yalnız təlim-məşq toplanışlarında qüvvədə olacaq.