Masallıda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı - FOTOLAR

26 Fevral 2020 18:44 (UTC+04:00)

Masallı Rayon İcra Hakimiyyəti başçısının Xocalı soyqırımı ilə bağlı təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonda bir sıra silsilə tədbirlər həyata keçirilib. SİA-nın verdiyi məlumata görə, 26 fevral 2020-ci il tarixdə Masallı şəhər “Qəhrəmanlar parkı”nda soyqırım qurbanlarının anım mərasimi olub.

Mərasimdə iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat əməkdaşları, veteranlar, ağsaqqallar, ziyalılar, gənclər, məktəblilər, tələbələr, Xocalıdan olan məcburi köçkünlər və rayon sakinləri 26 fevral Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə təzə tər gül dəstələri düzərək onların xatirəsini ehtitarmla yad edib və həlak olanların ruhuna dualar oxuyublar.

Əlihüseyn Şükürov