"Qarabağ" klubu Xocalı faciəsi ilə bağlı tədbir keçirib

26 Fevral 2020 17:22 (UTC+04:00)

"Qarabağ"ın bazasında Azərbaycanın qan yaddaşının səhifələrindən olan Xocalı faciəsinin 28-ci ildönümünə dair tədbir keçirilib.

SİA-nın məlumatına görə, Ağdam təmsilçisinin vitse-prezidenti Tahir Gözəl bu gün komanda ilə görüşüb.

Görüş faciə qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb.

Daha sonra T.Gözəl həm Azərbaycan, həm də ingilis dillərində 28 il bundan əvvəl baş verən Xocalı faciəsi haqqında ətraflı danışıb və futbolçulara geniş məlumat verib.