Türkiyəli ustalar Azərbaycan Prezidentinin keramika portretini yaradıblar

7 Aprel 2011 11:24 (UTC+04:00)

Türkiyənin Sakarya vilayətindəki "Karasu Seramik" şirkətinin ustaları Azərbaycan Prezidenti İlham Əliyevin keramik tablo üzərində portretini yaradıblar.


SİA-nın xəbərinə görə, Şirkətin sahibi İbrahim Bayraktar bildirib ki, görkəmli dövlət xadimi, Prezident İlham Əliyevin portretini nəfis şəkildə işləyərək Azərbaycana göndəriblər.


Böyük dövlət xadimlərinin portretlərinin yaradılması sayəsində Karasu rayonunun keramika ustaları da dünyada tanınmağa başlayıblar. Bu şirkətdə əvvəllər ABŞ, Suriya, Bəhreyn və Misir prezidentlərinin də keramika üzərində portretləri yaradılıb.