İranda vəziyyət gərgindir ÜST təcili səfərə çıxır!

26 Fevral 2020 16:45 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri İrana səfər edəcək. SİA xəbər verir ki, təşkilatın üzvləri səfər çərçivəsində İranda koronavirusla bağlı yaranan vəziyyəti qiymətləndirəcəklər.

Bu barədə təşkilatın baş katibi Tedros Adhanom Qebreyesus Çində səfərdə olarkən məlumat verib.

Tedros Adhnom əlavə edib ki, səfərin bu həftənin sonuna qədər reallaşması nəzərdə tutulur.

Qeyd edək ki, hazırda İranda koronavirusa yoluxanların sayı 139-a çatıb, 19 nəfər ölüb.