Koronavirus Ermənistan ordusunda da tapıldı

26 Fevral 2020 16:17 (UTC+04:00)

Ermənistanda sosial şəbəkələrdə yayılan məlumatlara görə, Qafanda yerləşən hərbi hissələrdən birində xidmət edən hərbi qulluqçu İqor Sarkisyan koronovirusa yoluxduğu üçün təcili hospitala yerləşdirilib. SİA xəbər verir ki, bir neçə gün əvvəl hərbi qulluqçunun koronovirusa yoluxduğuna dair xəbər verilməsinə baxmayaraq, bu, onun valideynlərindən və ictimaiyyətdən gizlədilib.

Hərbi qulluqçu təcrid edilərək karantinə alınıb. Onun ailə üzvləri ilə əlaqə saxlanılmasına da icazə verilmir.

Ermənistan rəhbərliyi ölkədə bu xəstəliyin aşkar edilmədiyi və koronovirusla mübarizə aparmaqla bağlı açıqlamalar verməklə əhalini sakitləşdirməyə çalışır.