“Xocalı harayı” FOTOLAR

26 Fevral 2020 16:17 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı tədbir təşkil olunub. SİA-nın məlumatına görə, faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi tədbirdə Xocalı faciəsinə həsr olunmuş slayd göstərilib.

Çıxış edən natiqlər qeyd ediblər ki, Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu xalqımıza qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi, öz amansızlığına və qəddarlığına görə, bəşəriyyətə və insanlığa qarşı törədilən cinayətdir.

Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına inamını ifadə edib.

Tədbir zamanı Xətai rayon 64 nömrəli tam orta məktəbin şagirdləri və BDU-nin tələbələri vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.