Qrip virusundan 30-a yaxın insan ölüb

26 Fevral 2020 16:15 (UTC+04:00)

Polşada mövsüm başlanandan bəri qrip virusundan ümumilikdə 30-a yaxın insan ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Polşanın səhiyyə naziri Lukaş Şumovski deyib.

Polşada bu günə qədər koronavirusa yoluxma aşkar edilməmişdir. "Polşada bu mövsümdə 28 nəfər qripdən öldü. 11 min insan xəstəxanaya yerləşdirilib", L.Şumovski bildirib.