Cənubi Koreyada koronavirusa yoluxanların sayı artıb

26 Fevral 2020 16:13 (UTC+04:00)

Cənubi Koreyada 115 yeni COVID-2019 koronavirusuna yoluxma halı qeydə alınıb, bununla ölkədə yoluxanların ümumi sayı 1261 nəfərə çatıb, on iki nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (KCDC) məlumat yayıb.

Cənubi Koreya epidemioloji təhlükənin ən yüksək səviyyədə olduğunu elan edib.

Məlumata görə, yeni yoluxma hallarının 33-ü Tequda, 49-u Kensan-Puktoda qeydə alınıb.