“Dəniz Kuboku” müsabiqəsinin planlaşdırılması üzrə işçi görüşü keçirilib

26 Fevral 2020 16:11 (UTC+04:00)

Fevralın 26-da Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində Azərbaycanın ərazi sularında keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin yüksək səviyyədə təşkili məqsədi ilə iştirakçı ölkə orduları nümayəndələrinin işçi görüşü keçirilib.

SİA xəbər verir ki, Azərbaycan, Rusiya və İran nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müsabiqənin əhəmiyyəti vurğulanıb, hazırlıqla bağlı planlaşdırılan məsələlər və görüləcək işlər müzakirə edilib.
Sonda yekun protokol imzalanıb.