Dövlət Baxçalı beynəlxalq aləmə Xocalı ilə bağlı çağırış edib

26 Fevral 2020 16:09 (UTC+04:00)

"Xocalıda soyqırımı, insanlıq əleyhinə və sülh eleyhinə cinayətlər, təcavüzkarlıq siyasəti kimi beynəlxalq cinayətlər törədilib". SİA xəbər verir ki, bu özləri Türkiyənin Millətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı deyib.

Partiya rəhbəri bu kimi cinayətlərin hələ də cəzasız qaldığını vurğulayıb. O əlavə edib ki, Xocalı soyqırımı hələ də beynəlxalq səviyyədə soyqırımı kimi tanınmayıb.

Dövlət Baxçalı bu soyqırımı törədən və törətməyə şərait yaradan şəxslərlə bağlı lazımi tədbirlərin görülməsini istəyib: "Xocalı soyqırımı Beynəlxalq Cinayət Məhkəməsində, Hərbi Cinayətlər Məhkəməsində, İnsan Hüquqları Məhkəməsində qeydiyyata alınmalıdır. Cinayətkarlar üçün lazımi tədbirlər görülməlidir."