Türkiyə XİN-dən Xocalı ilə əlaqədar -BƏYANAT

26 Fevral 2020 15:47 (UTC+04:00)

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı Soyqırımının 28-ci il dönümü ilə əlaqədar bəyanat verib. SİA-nın məlumatına görə, bəyanatda deyilir.

26 fevral 1992-ci ildə Ermənistan Respublikası qoşunlarının Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərinə etdiyi hücumda ümumilikdə 613 günahsız Azərbaycan vətəndaşı vəhşicəsinə qətlə yetirilib və yüzlərlə insan yaralanıb.

Bundan əlavə, mindən çox insan erməni qüvvələri tərəfindən əsir götürülüb. Əsirlərin taleyi bu günə qədər öyrənilməyib. Azərbaycan ərazilərinin işğalı, o cümlədən mülki əhaliyə qarşı edilən qeyri-insani hücum nəticəsində bir milyondan çox azərbaycanlı evlərini tərk edərək öz ölkələrində qaçqın kimi yaşamağa məcbur olub. Hazırda Azərbaycan ərazisinin iyirmi faizi işğal altındadır.

Bu qətliamı və Azərbaycan torpaqlarının illərdir davam edən işğalını qətiyyətlə pisləyirik.
28 il əvvəl azərbaycanlı qardaşlarımızın Xocalıda məruz qaldıqları qətliamın acısını dərindən bölüşürük. Bu faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyir, bir daha bütün Azərbaycan xalqına başsağlığı veririk.