Ermənistandan təzminat tələb oluna bilər AÇIQLAMA

26 Fevral 2020 14:40 (UTC+04:00)

"Xocalı soyqrımı zamanı insanlara mənəvi zərərlə yanaşı maddi cəhətdən ziyan vurulub. Münaqişənin həlli prosesində bu məsələlər də nəzərə alınacaq". SİA xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Xocalı Soyqrımının 28-ci il dönümünə həsr olunmuş mətbuat konfransda deyib.

Leyla Abdullayeva bildirib ki, insanlara dəymiş maddi ziyanın qeydiyyata alınması zamanı onların 170 milyon manat dəyərində maddi ziyana uğradığı hesablanıb. O vurulayıb ki, bu zaman zərər çəkmiş və doğma yurdundan didərgin olunmuş şəxslərin hüquqlarının tələb olunması baxımından qarşı tərəfdən təzminat da tələb oluna bilər.

O bildirib ki, münaqişənin həlli zamanı bu və digər məsələlər də müzakirə olunacaq.