Qusar Teatrı “Əsir qadın” tamaşasını nümayiş etdirib FOTOLAR

26 Fevral 2020 14:31 (UTC+04:00)

Qusar Dövlət Ləzgi Dram Teatrında “Əsir qadın” tamaşası nümayiş etdirilib. Teatrdan SİA-ya verilən xəbərə görə, yazıçı Meyxoş Abdullahın eyniadlı əsəri Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə səhnələşdirilib.

Otuz nəfərə yaxın aktyor heyətinin rol aldığı tamaşada erməni əsirliyində olan soydaşlarımızın başına gətirilən müsibətlər əks etdirilir. Yeni tamaşa üçün xüsusi dekorasiya hazırlanıb.

Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.

Qusar Mədəniyyət sarayında təqdim olunan səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.