Qılıncoynadanlarımız Avropa çempionatında yarışacaqlar

26 Fevral 2020 14:17 (UTC+04:00)

Fevralın 26-da Azərbaycanın yeniyetmə qılıncoynadanları Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında komanda yarışlarında qüvvələrini sınayacaqlar. SİA-nın məlumatına görə, oğlan sablyaçılarımız onaltıdabir finalda Fransa yığması ilə qarşılaşacaqlar. Şpaqa üzrə qızlardan ibarət seçməmiz isə otuzikidəbir finalda Böyük Britaniya millisi ilə üz-üzə gələcək.

Qeyd edək ki, yeniyetmələr arasında qılıncoynatma üzrə Avropa çempionatına fevralın 26-da yekun vurulacaq.