AFFA-nın əməkdaşları UEFA-nın seminarına qatılacaqlar

26 Fevral 2020 14:08 (UTC+04:00)

Fevralın 27-28-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda UEFA-nın “Klubların lisenziyalaşdırılması və maliyyə fair-play”i mövzusuna həsr olunmuş regional seminarı keçiriləcək. SİA-nın məlumatına görə, AFFA-nın Lisenziyalaşdırma qrupunun üzvləri Bəhram Dadaşov və Aynur Abdullayevanın iştirak edəcəyi seminarda klubların lisenziyalaşdırılması və maliyyə məsələlərini əhatə edən mövzular müzakirə olunacaq.