Xalq artistləri Xocalıya həsr olunan filmə çəkilib VİDEO

26 Fevral 2020 13:26 (UTC+04:00)

Xalq artistləri Qurban İsmayılov və Həmidə Ömərova Xocalı faciəsinə həsr olunan filmdə rol alıblar. SİA-nın məlumatına görə, “Həsrət” adlanan ekran işini Rüfət Şahbazov ərsəyə gətirib.

Filmdə məcburi köçkün olan iki yaşlı valideyn şəhid olmuş oğlunun məzarını və doğma torpaqlarını ziyarət etmək üçün hər il yola düşürlər. Lakin bu ziyarəti bir neçə kilometr uzaqdan edib geri qayıdırlar.

Ekran işində həmçinin, Əməkdar artistlər Elnur Kərimov, Rasim Cəfər, aktrisalar Zülfiyyə Qurbanova və Mənsurə Əhmədova da rol alıb.

Qeyd edək ki, filmin ssenarisi Rüfət Şahbazova, baş prodüserliyi Amiran Babayevə məxsusdur.